İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi, İtaliya "Atalanta"sının 20 yaşlı mərkəz hücumçusu Rasmus Hoylundla danışıq aparır.

Bu barədə məlumatı "The Athletic" yayıb.

Qeyd edək ki, danimarkalı forvardın A Seriyası klubu ilə 2027-ci ilədək müqaviləsi var.