İyunun 10-da "İnter"ə qarşı baş tutacaq Çempionlar Liqası finalından öncə "Mançester Siti" yayın ən səs-küylü transferi üçün hərəkətə keçib.
Offsideplus.az "lequipe" nəşrinə istinadən xəbər verir ki, PSJ ilə 2027-ci ilə qədər müqaviləsi olan Neymarın komandadan ayrılması gözlənilir. 31 yaşlı hücumçu ilə "Mançester Yunayted" klubu da maraqlanır. "Qırmızı şeytanlar"ın braziliyalı yarımmüdafiəçisi Kazemironun Neymarla görüşdüyü bildirilir.
Braziliyalı ulduzu "Mançester Yunayted"ə itirmək istəməyən Xosep Qvardiola da Neymarla əlaqə saxlayıb. Danışıqlardan sonra Neymarın "Mançester Siti"yə transferə razılaşdığı qeyd olunur.
Günay Xəlil