İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, "Napoli"nin cənubi koreyalı mərkəz müdafiəçisi Min-cay Kimi transfer etməyə çalışır.

Məlumata görə, MY rəhbərliyi 26 yaşlı futbolçu üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.

Adıçəkilən oyunçunun Neapol təmsilçisi ilə 2025-ci ilədək müqaviləsi mövcuddur.