Türkiyə millisi və "Feyenoord"un futbolçusu Orkun Kökçü İngiltərə klublarının maraq dairəsindədir.
Offsideplus.az "Sunday Mirror"a istinadən xəbər verir ki, 7 Premyer Liqa klubu 22 yaşlı yarımmüdafiəçini heyətinə cəlb etmək istəyir. Futbolçu ilə "Arsenal", "Mançester Yunayted" və "Tottenhem" kimi nəhəng klublar yaxından maraqlanır.
Bunan əlavə, "Brayton", "Lester", "Vest Hem" və "Brentford" klubları da "Feyenoord"un kapitanını heyətində görmək istəyir.
Qeyd edək ki, Kökçü cari mövsüm 38 oyuna çıxıb, 12 qol və 4 assistə imza atıb. Onun klubla sözləşməsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.