"Arsenal" Türkiyə millisinin üzvünü heyətinə cəlb etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "topçular" "Feyenoord"un kapitanı Orkun Kökçü ilə yaxından maraqlanır. Bu barədə "Express" məlumat yayıb.
"Arsenal" Luka Modriçlə müqayisə olunan 22 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı "Feyenoord"la danışıqlara başlayacaq.
Qeyd edək ki, Kökçü cari mövsüm 12 qola imza atıb. Onun klubla sözləşməsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.