"Çelsi" "Şaxtyor"un futbolçusu Mixail Mudrikin transferi ilə bağlı qarşı tərəflə razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb. Bu keçid üçün London təmsilçisi 70+40 milyon avro ödəyəcək.
Bildirilir ki, ukraynalı yarımmüdafiəçi ilə 7 illik müqavilə imzalanacaq.
Daha əvvəl "Arsenal" 22 yaşlı futbolçu üçün Donetsk təmsilçisinə bonuslar daxil olmaqla 90-95 milyon avroluq təklif göndərsə də, qarşı tərəf bundan imtina etmişdi.
Qeyd edək ki, Mudrik bu mövsüm bütün turnirlərdə 18 oyuna çıxıb, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.