İngiltərənin "Arsenal" klubu bütün turnirlərdə keçirdiyi son 25 oyunun 20-sində qalib gəlib.

Offsideplus.az xəbər verir ki, bu, klub tarixində ən yaxşı göstəricidir.

Mikel Artetanın rəhbərlik etdiyi komanda Premyer Liqada 17 oyuna 44 xalla liderdir. "Topçular" son çempion "Mançester Siti"ni 5 xal qabaqlayır.

"Arsenal"ın bu mövsüm tərk etdiyi yeganə yarış İngiltərə liqa kubokudur.