Madrid "Atletiko"sunun hücumçusu Mateus Kunya karyerasını İngiltərədə davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, Madrid klubu braziliyalı futbolçunun transferi ilə bağlı "Vulverhempton"la razılıq əldə edib. 

Premyer Liqa təmsilçisinin 23 yaşlı forvarda görə qarşı tərəfə 40-50 milyon avro ödəyəcəyi gözlənilir. Rəsmi açıqlama yaxın günlərdə ediləcək.

Qeyd edək ki, "Atletiko" Mateus Kunyanı 2021-ci ilin yayında "Herta"dan transfer edib.