“Mançester Siti” klubunun norveçli futbolçusu Erlinq Haaland azarkeşlər tərəfindən sentyabr ayı üçün Premyer Liqanın ən yaxşı oyunçusu seçilib.
Offsideplus.az xəbər verir ki, ötən ay norveçli forvard turnirin 2 oyununda iştirak edib. O, bu matçların hər birində qol vurub. "Şəhərlilər" onun vurduğu qollar sayəsində "Aston Villa" ilə heç-heçə ediblər (1:1), "Vulverhempton"a isə qalib gəliblər (3:0). Haaland İngiltərə çempionatında ümumilikdə 9 oyunda 15 qol vurub və 3 qolun ötürməsini verib.
Qeyd edək ki, Haaland "Mançester Siti"yə bu ilin yayında Dortmund "Borussiya"sından keçib.