Erlinq Haalandın "Mançester Siti" ilə müqaviləsinin detalları bəlli olub.
Offsideplus.az "The Athletic"ə istinadən xəbər verir ki, müqavilədə 2024-cü ildən aktivləşəcək sərbəst qalma maddəsi var. Bu şərtə görə 2024-cü ilin yayından etibarən klublar norveçli hücumçunu 200 milyon avro qarşılığında transfer edə biləcək. Lakin bu məbləğ Premyer Liqa klubları üçün keçərli deyil.
Bundan əlavə, müqavilənin vaxtı sona yaxınlaşdıqca sərbəst qalma şərti üçün təyin edilən məbləğ də azalacaq.
Qeyd edək ki, Haalandın "Siti" ilə sözləşməsinin müddəti 2027-ci ilə qədərdir.