Rusiyanın prezidenti Vladimir Putinin qismən səfərbərlik elanından sonra ölkənin keçmiş futbol ulduzlarından biri də orduya çağırılıb.

Offsideplus.az xəbər verir ki, sabiq futbolçu Diniyar Bilyaletdinov səfərbərliyə çağırılıb. Bu barədə atası Rinat Bilyaletdinov açıqlama verib. Keçmiş oyunçunun yaşı 37 olduğundan atası dövlətin bu qərarı ilə narazıdır.

Qeyd edək ki, Diniyar Bilyaletdinov 2009-2012-ci illərdə "Everton"da çıxış edib.