“Mançester Siti” klubunun hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı hücumçu buna 8-ci turda qarşılaşdıqları “Vulverhempton”la səfər oyununda nail olub.
Bu görüşün16-cı dəqiqədə “şəhərlilər”in 2-ci qoluna imza atan norveçli forvard ardıcıl 4 səfər matçında fərqlənən ilk oyunçu kimi tarixə düşüb.
“Mançester Siti” bu oyunda 3:0 hesabı ilə qalib gəlib. Haland isə bu mövsüm 11 qola imza atıb.