İngiltərə Premyer Liqası yay transfer dönəmində rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa klubları futbolçu keçidləri üçün 2,2 milyard avro xərcləyiblər. 2017-ci ildə bu rəqəm 1,6 milyard avro olub.

Transferlərə 322 milyon avro sərf edən "Çelsi" siyahıya başçılıq edir. "Zadəganlar" tarixində ilk dəfə bu məbləğə çataraq yeni rekord müəyyənləşdirib.