"Tottenhem" klubunun futbolçusu Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli hücumçu buna 3-cü turda "Vulverhempton"la görüşdə fərqlənməklə nail olub. Bu, 29 yaşlı hücumçunun "Tottenhem"in heyətində yerli çempionatda vurduğu 185-ci qol olub. Nəticədə Keyn bir komandanın tərkibində Premyer Liqada belə göstəriciyə çatan ilk futblçu adını qazanıb.

O, "Mançester Siti"nin keçmiş forvardı Serxio Aqueronun rekordunu (184 qol) qırıb.