Cessi Linqard karyerasını ABŞ-da davam etdirə bilər.
Offsideplus.az ESPN-ə istinadən xəbər verir ki, 29 yaşlı ingiltərəli yarımmüdafiçi MLS klublarından birinə keçmək niyyətindədir.
"Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi hazırda azad agentdir. Premyer Liqa təmsilçilərindən "Vest Hem" və "Everton" ingiltərəli futbolçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, Linqard 2001-ci ildə 8 yaşında “Yunayted”ə qoşulub. O, 2014-cü ildə böyüklər arasında debüt edib. Ümumilikdə 232 oyun keçirib və 35 qol vurub.