Türkiyə millisinin və "Feyenoord"un futbolçusu Orkun Kökçü karyerasını İngiltərdə davam etdirə bilər.
Offsideplus.az "Team Talk"a istinadən xəbər verir ki, "Arsenal" 21 yaşlı yarımmüdafiəçi ilə ciddi şəkildə maraqlanır. London klubu bu keçid üçün kassasından 50-60 milyon avro arası məbləğ xərcləməyə hazırdır. Onun Erediviziya təmsilçisi ilə sözləşməsi 2025-ci ildə yekunlaşır.
Qeyd edək ki, 2018-ci ildən Niderland klubunda çıxış edən Orkun bu mövsüm 33 matçda 5 qol və 6 məhsuldar ötürmə edib.
Xatırladaq ki, adıçəkilən oyunçunun qardaşı Ozan Can Kökçü bir müddət U-21 Azərbaycan millisinin və "Sabah"ın şərəfini qoruyub.