"Tottenhem" hazırda komandada çıxış edən Kristian Romeronu birdəfəlik transfer edəcək.

 Offsideplus.az xəbər verir ki, London klubu müqavilə əsasında "Atalanta"ya məxsus olan argentinalı müdafiəçini  komandada saxlamaq istəyir. Bunu "mahmızlar"ın çalışdırıcısı Antonio Konte deyib.

Qeyd edək ki, Romero bu mövsüm "Tottenhem"lə 14 matçda iştirak edib.