İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşıları məlum olub.

Offsideplus.az xəbər verir ki, avqust ayının ən yaxşı oyunçusu “Vest Hem”in hücumçusu Maykl Antonio seçilib.

31 yaşlı futbolçu avqustda çıxdığı üç oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.

"Dumanlı albion"da avqust ayının ən yaxşı məşqçisi isə “Tottenhem”i çalışdıran Nuno Eşpiritu Santu seçilib.