"Rea"ı tərk edən Serxio Ramos yeni təklifləri gözdən keçirir.
Ulduz müdafiəçinin xidmətində "Mançester Siti" maraqlıdır. Pep Qvardiola yaxından tanıdığı Ramosu sərəncamında görmək istəyir. Lakin futbolçunun şərti var.
Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, Ramos ingilislərdən 2 illik müqavilə istəyib. Bunun qarşılığında isə hər il üçün 12 milyon avro. "Şəhərlilər" tələbə isti yanaşsalar da, yekun cavab verilməyib.
Qeyd edək ki, Serxio ilə PSJ ilə "Sevilya" da yaxından maraqlanır.