"Liverpul" klubu heyətini türkiyəli futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "qırmızılar" "Milan"ın 27 yaşlı yarımmüdafiəçisi Hakan Çalhanoğlunu sıralarına qatmağa hazırlaşır.
Klub nümayəndələri artıq Hakanın meneceri ilə də danışıqlar aparır.
"Mersisaydlılar" türkiyəli oyunçunun iyun ayında başa çatacaq müqaviləsinin yenilənməməsindən yararlanmağı planlaşdırır.