"Milan" klubu ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq Hakan Çalhanoğlu barədə şok iddia ortaya atılıb.

Offsideplus.az "Echo"ya istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi üçün Premyer Liqa nəhəngi "Liverpul" dövrəyə girib. "Mersisaydlılar" yeni mövsümdən artıq türkiyəli futbolçunu heyətində görməyi planlaşdırır. Çalhanoğlu üçün "Milan"a təklif də göndərildiyi bildirilir. 

Cari mövsüm "qırımızı-qaralı" forma ilə 33 matça çıxan Hakan 9 qol vurub, 11 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Türkiyə millisinin daha bir üzvü Ozan Kabak da icarə əsasında "Liverpul"un şərəfini qoruyur.