İngiltərənin "Arsenal" klubu "Milan"ın türkiyəli futbolçusu Hakan Çalhanoğlunu transfer etmək istəyir.

Offsideplus.az "Daily Mirror"a istinadən xəbər verir ki, "topçular" 27 yaşlı yarımmüdafiəçini "Real"dan icarəyə götürdüyü Martin Edeqorun əvəzedicisi kimi görür. Londin təmsilçisi Çalhanoğlunu bu yay almağı planlaşdırır.

Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm 39 matçda 9 qol vurub və 11 qolun ötürməsini verib. Onun klubu ilə müqaviləsi bu yay başa çatacaq.