"Mançester Yunayted"in sabiq baş məşqçisi Lui van Qaal komandasına gətirə bilmədiyi 10 futbolçunun adını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 69 yaşlı mütəxəssis bu barədə "FourFourTwo"ya danışıb. Qaal bu ulduz oyunçuları komandaya gətirmək istəsə də, transfer baş tutmayıb:

Robert Levandovski, Neymar, Sadio Mane, Riyad Mahrez, Tomas Müller, Nqolo Kante, Ceyms Milner, Serxio Ramos və Mats Hummels.

Qeyd edək ki, Lui van Qaal 2014-16-cı illərdə "Mançester Yunayted"i çalışdırıb.