İngiltərə Premyer Liqasından "Arsenal" "Çelsi" Hakan Çalhanoğlu uğrunda mübarizə aparır.

Offsideplus.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, İngiltərə klubları mövsümün sonunda azad agent olacaq 27 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Lakin Çelsi" və "Arsenal"a İtaliyadan rəqib var: "Yuventus". Belə ki, Turin təmsilçisi futbolçunu razı salmaq üçün yaxşı imkanlara sahibdir.

Qeyd edək ki, bir müddət öncə Hakan Çalhanoğlu və "Milan" arasında danışıqlar dayandırılıb. Həftəyə 82, 500 sterlinq maaş istəyən türkiyəli ulduza 66, 000 sterlinqlik təklif verilincə müqavilə müzakirələrinə fasilə verilib.