Futbol üzrə İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı məşqçisi məlum olub.

Offsideplus.az xəbər verir ki, bu, "Çelsi" klubunun çalışdırıcısı Tomas Tuxel olub. Almaniyalı mütəxəssis səsvermədə Qrem Potter ("Brayton"), Brendan Rocers ("Lester"), Ule-Qunnar Şulşeri ("Mançester Yunayted) qabaqlayıb.

Qeyd edək ki, onun rəhbərliyi altında "zadəganlar" martda çıxdığı 3 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib.