Joze Mourinyonun "Tottenhem"dəki gələcəyi sual doğurur.

Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, klub rəhbərliyi təcrübəli mütəxəssislə yolları ayırmaq niyyətində deyil. Əksinə, Mourinyoya güvənir, komandanın məhz onun rəhbərliyi altında uğur qazanacağına inanırlar. Bu barədə baş məşqçinin özünə məlumat verilib.

Qeyd edək ki, londonlular  "Everton"la kubok (4:5), "Mançester Siti" ilə çempionat görüşündə (0:3) məğlub olub. Bu, Jozenin məşqçilik karyerasında ilk belə göstərici olub. İndiyə qədər rəhbərlik etdiyi heç bir komanda ardıcıl 2 oyunun yekununda qapısından 8 top buraxmamışdı.