"Tottenhem"in məşhur futbolçusu Tanqi Ndombele PSJ klubu barədə açıqlama verib.

Offsideplus.az Telefoot-a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi dediyi sözlərlə Paris təmsilçisinə bir növ "yaşıl işıq" göstərib.

"Mən Paris şəhərindənəm. Bir gün Paris Sen-Jermen forması geyinə bilərəm. Əlbəttə, indi "Tottenhem"dəyəm və hər şey qaydasındadır. Kilian (Mbappe) ilə PSJ-yə mümkün keçidim barədə danışmışdıq. 2-3 ilin söhbəti olar. Reallaşmadı. İndi "Tottenhem"də hər şey yolundadır, lakin gələcəkdə niyə də olmasın?".

Qeyd edək ki, Fransa millsinin üzvü olan Ndombele 2019-cu ildə "Lion"dan "Tottenhem"ə transfer olub.