Almaniyanın "Bayer" klubu "Mançester Yunayted"in müdafiəçisini heyətinə qatıb.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" futbolçusu Timoti Fosu-Mensanı Bundesliqa klubuna icarəyə göndərib. Bu barədə "Bayer" klubunun rəsmi saytında məlumat verilib.
Leverkusen təmsilçisi Mensa üçün 1,8 milyon funt-sterlinq xərcləyib. Qeyd edək ki, 27 yaşlı futbolçu ilə "Ayaks", "Marsel" və "Herta" klubları da yaxından maraqlanırdı.