"Salah qış transfer dönəmində getsə, "Liverpul"un super-ulduza ehtiyacı olacaq".

Offsideplus.az Goal-a istinadən xəbər verir ki, bu sözləri "qırmızılar"ın sabiq futbolçusu Denni Mörfi deyib. 43 yaşlı ingilis bildirib ki, Mohammed Salah "Liverpul"u tərk edəcəksə, komandanın Ceydon Sanço və ya Kilian Mbappe kimi gənc ulduzlara ehtiyacı olacaq.

"Əgər Salah və ya Sadio Mane kimi futbolçularla yollarını ayrırısansa, onların yerinə keçəcək bir oyunçu tapmalısan. "Liverpul" hücum üçlüsünə çox bağlı komandadır, ona görə də risk almaq olmaz. Super-ulduz seçmək lazımdır. Sanço və ya Mbappe ola bilər".

Qeyd edək ki, Mohammed Salahın dostu onun "Liverpul"da xoşbəxt olmadığını demiş, misirli futbolçu özü isə "Real" və "Barselona" kimi klublardan təklif gələrsə rəhbərliklə müzakirələrin gedəcəyini bildirmişdi.