"Tottenhem"in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasını tənqid edib.

Offsideplus.az xəbər verir ki, saat 22:00-da baş tutacaq "Tottenhem" - "Fulhem" matçının baş tutacağı hələ dəqiq deyil. "İnstaqram" hesabında futbolçularıyla birlikdə gözlədiyi anların görüntülərini paylaşan Mourinyo sarkazm dolu bu sözləri yazıb:

"Saat 22:00-da oyun olmalıdır... Hələ də bilmirik ki, oynayacağıq ya yox. Dünyadakı ən yaxşı liqa".