Futbol üzrə İngiltərə Premyer Liqasının rəhbərliyi yanvar ayından etibarən mövsümü iki həftəlik dayandırmağı düşünür.
Offsideplus.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, qərar komandalarda koronavirusa yeni yoluxmaların baş verməsi ilə əlaqədar qəbul edilə bilər. Hazırda Premyer Liqada 18 nəfərin koronavirusa yoluxduğu bildirilir.
İngiltərə Kubokunun üçüncü turunun oyunlarının da ləğv olunma ehtimalı var.


