Tanqi Ndombelenin "Tottenhem"i tərk etməsi halında Joze Mourinyo onun yerini dolduracaq futbolçunu tapıb.

Offsideplus.az Mundo Deportivo-ya istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis "Leyptsiq" klubundan Marsel Sabitzeri heyətinə qatmağı planlaşdırır. 

Klub rəhbərliyi tərəfindən də bəyənilən futbolçu, xüsusilə Joze Mourinyonun maraq dairəsindədir. 2022-ci ildə Almaniya klubu ilə müqaviləsi başa çatan Sabitzer üçün "Tottenhem" 25 milyon funt-sterlinq verməyi düşünür.