"Arsenal" rəhbərliyi baş məşqçisi Arsen Vengerə əvəzləyici tapıb.

Offsideplus.az "The İndependent"ə istinadən xəbər verir ki, bu "Barselona"nın keçmiş çalışdırıcısı Luis Enrike ola bilər. Arsen Vengerin bu gün mövsümün sonunda komandadan gedəcəyini açıqlaması klub rəhbərliyini yeni məşqçi axtarışlarına başlamağa sövq edib. Hətta namizədin adının bu gecə açıqlanacağı da bildirilir. "Topçular"ın 47 yaşlı Luis Enrikeyə bu barədə müraciət etdiyi bildirilir. Lakin təcrübəli mütəxəssislə maaş məsələsində razılığın əldə oluna bilmədiyi yazılıb.

Qeyd edək ki, Enrikedən əlavə klub Patrik Vieyra və Mikel Arteta ilə də danışıqlar aparır.