İngiltərə Premyer Liqasının 10-cu turunda "Tottenhem" səfərdə "Çelsi" ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, Joze Mourinyo oyundan öncə açıqlama verib. Təcrübəli mütəxəssis jurnalistin "Çelsi" ilə matçda iki tərəf də bir-birindən qorxacaq?" sualına belə cavab verib:

"Bizdən qorxub-qroxmadıqlarını Frenkdən ("Çelsi"nin baş məşqçisi) öyrənə bilərsən. Qorxu bu səviyyədəkilər üçün düzgün kəlimə deyil. Biz heç kəsdən qorxmuruq".

Qeyd edək ki, "Çelsi" - "Tottenhem" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.