İngiltərə Premyer Liqasının 37-ci turunun “Liverpul” - “Çelsi” (5:3) qarşılaşmasından sonra mükafatlandırma mərasimi baş tutub.

 Offsideplus.az xəbər verir ki, 30 il fasilədən sonra çempion olan "Liverpul" kubok və qızıl medallarla təltif olunub.

Mükafatlandırma mərasimi bitdikdən sonra "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp "Sky Sport" jurnalistləri üçün ayrılan hissəyə yaxınlaşaraq müsahibə vermək istəyib. 

Bu vaxt "Liverpul"un futbolçuları klubun himnini oxumağa başlayıblar. Aparıcı Kloppa futbolçuların yanına gedib, daha sonra yenidən müsahibə üçün qayıtmağı təklif edib. Alman məşqçi üzrxahlıq edərək oyunçularının yanına tərəf qaçıb. Daha sonra bütün komanda məşhur "You will never walk alone" mahnısını ifa edib.

Həmin görüntüləri təqdim edirik: