“Çelsi”nin müdafiəçisi Emerson Palmeri klubunu dəyişə bilər.

Offsideplus.az-ın məlumatına görə, İtaliya millisinin üzvü Premyer Liqanın başqa təmsilçisinə keçməyə hazırlaşır.

Braziliya əsilli sol cinah oyunçusu “Everton”a transfer olunmağa yaxındır. Klublar arasında danışıqlar müsbət nəticələnmək üzrədir. Razılıq əldə olunsa, bu transfer Liverpul klubuna 24 milyon avroya başa gələcək.

Qeyd edək ki, Emerson “Çelsi”yə 2018-ci ildə “Roma”dan keçib.