Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceydon Sanço İngiltərəyə qayıtmağa yaxındır.
Offsideplus.az xəbər verir ki, Premyer Liqanın nəhəng klubları 20 yaşlı vingerin xidmətində maraqlıdırlar. "Borussiya" Sançonu 150 milyon avroya satmağı düşünür. Bu transfer reallaşsa, Premyer Liqa rekordu qırılmalıdır.
Yarımmüdafiəçinin "Borussiya" ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Premyer Liqada transfer rekordu Pol Poqbaya məxsusdur. Fransalı yarımmüdafiəçi 2016-cı ildə "Yuventus"dan "Mançester Yunayted"ə 105 milyon avroya keçib.