"Liverpul" növbəti transfer pəncərəsində hücum xəttini gücləndirmək istəyir.

Offsideplus.az "Le10Sport"a istinadən xəbər verir ki, "qırmızılar" "Lill"in hücumçusu Viktor Osimhen ilə maraqlanır. Fransa təmsilçisinin Osimhen üçün 70 milyon avro tələb edəcəyi gözlənilir. 21 yaşlı nigeriyalı hücumçu ilə "Lester Siti" də maraqlanır.

Qeyd edək ki, Osimhen cari mövsüm ərzində iştirak etdiyi 38 oyunda 18 qol vurub.