London "Arsenal"ının sabiq baş məşqçisi Unay Emeri barədə maraqlı fikir səsləndirilib.

Offsideplus.az xəbər verir ki, təcrübəli baş məşqçinin keçmiş sevgilisi Saça Rayt Emerinin ondan "mənə uğursuzluq gətirirsən" deyərək, ayrıldığını deyib:

"Arsenal"dan qovulduqdan sonra 'Mənə şanssızlıq gətirirsən. Sən ağ dərili bir cadugərsən' deyib məndən ayrıldı" - deyə Rayt bildirib.

Qeyd edək ki, Unay Emeri klubla göstərdiyi uğursuz nəticələrdən sonra istefaya göndərilib və onu bu postda "Arsenal"ın sabiq futbolçusu Mikel Arteta əvəz edib.