"Arsenal"ın sabiq baş məşqçisi Unai Emeri istefaya göndərildikdən sonra ilk açıqlamasını verib.
Offsideplus.az xəbər verir ki, 48 yaşlı mütəxəssis klubun azarkeşlərinə təşəkkür edib:
"Arsenal"ı çalışdırmaq mənim üçün şərəf idi. Bütün azarkeşlərə, "Arsenal"ın böyüklüyünü anlamağa və hiss etməyə kömək edən hər kəsə ürəkdən təşəkkür edirəm. Sizə demək istəyirəm ki, komandada həvəslə, sədaqətlə, səy göstərərək çalışmışam. Sizin üçün ən yaxşı nəticələrə nail olmaq istərdim. Bu klubda və bu oyunçularla işlədiyim üçün şanslı olduğumu düşünmədiyim 1 gün belə olmayıb. "Arsenal"ın futbolçuları sizin dəstəyinizə layiqdirlər".
Xatırladaq ki, U.Emerinin istefaya göndərilməsinə səbəb komandanın son 7 qoyunda qələbə qazana bilməməsi olub. "Arsenal" hazırda 18 xalla 8-ci pillədədir. "Topçular"ı müvəqqəti olaraq Fredrik Yunqberq çalışdıracaq.