"Arsenal"ın aparıcı hücumçuları Aleksander Lyakazett və Pyer-Emerik Obameyanq mövsümün sonunda komandanı tərk edə bilər.
Offsideplus.az-ın məlumatına görə, buna səbəb baş məşqçi Unay Emeri ilə münasibətlərin korlanmasıdı.
Əksər futbolçular kimi, onlar da ispaniyalı mütəxəssisin rəhbərliyi altında çalışmaq istəmir. Lyakazett və Obameyanq rəhbərliyin yeni müqavilə təklifini hələlik qəbul etməyib. Onlar mövsümün sonunu gözləməyi üstün tutublar. Əgər Emeri gələn mövsüm üçün də postunda saxlanılsa, həm Lyakazett, həm də Obameyanq klubu tərk edəcək.
Qeyd edək ki, "Arsenal" Unay Emerini qovsa, ona 5 milyon avro təzminat ödəməlidi.