“Arsenal” klubu baş məşqçisi Unay Emeri ilə yollarını ayıra bilər.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, artıq ispan mütəxəssisin yerinə üç namizəd də var - Maurisio Poçettino, Massimiliano Alleqri və Mikel Arteta. Poçettino və Alleqri hazırda işsizdir, Arteta isə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın köməkçisidir.

“Arsenal” hazırda Premyer Liqada 18 xalla 8-ci sıradadır.