"Liverpul" bu yay ilk transferini edib.

Futbolqol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İngiltərə təmsilçisi Hollandiyanın "Zvolle" klubunun 17 yaşlı müdafiəçisi Sepp van den Berqi transfer edib. Onunla uzunmüddətli müqavilə imzalanıb.

Qeyd edək ki, den Berq ötən mövsüm Hollandiya çempionatında 15 matçda oynayıb.