"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın "Real"a keçidi baş tutmaya bilər.

Offsideplus.az-ın məlumatına görə, buna səbəb ulduz futbolçunun tələb etdiyi maaşdı.

Belə ki, 26 yaşlı orta sahə oyunçusu yeni keçəcəyi komandada illik 13 milyon funt-sterlinq məvacib qazanmaq istəyir. Lakin madridlilər PSJ-nin hücumçuları Kilian Mbappe və ya Neymarı alaraq, ona yüksək məvacib verməyi planlaşdırır.

Poqba ilə klub ortaq məxrəcə gələ bilsə, "Real" onu 150 milyon avroya transfer edəcək.