“Arsenal”ın baş məşqçisi Unai Emeri “Liverpul”un hücumçusu Məhəmməd Salahla bağlı maraqlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, o, Fransanın PSJ klubunu çalışdırarkən, misirli hücumçunu transfer etmək istədiklərini, lakin bu keçidlə bağlı müəyyən şübhələri olduğu üçün fikirlərindən daşındıqlarını etiraf edib:
“Salah hələ “Roma”da oynayarkən PSJ onun transfer variantlarını götür-qoy etməkdə idi. Lakin bizdə müəyyən şübhələr var idi. Nəticədə, Məhəmməd PS-yə yox, “Liverpul”a keçdi. Amma o, bu transferlə bizim həmin şübhələrin hamısını alt-üst etdi. Hazırda dünyanın ən yaxşı beş futbolçusundan ibarət siyahı hazırlansa, Salah mütləq o siyahıda olmalıdı”.