"Arsenal" Premyer Liqada 22 illik çempionluq həsrətinə son qoymağa bir addım da yaxınlaşıb.

Offsideplus.az xəbər verir ki, Mikel Artetanın yetirmələri liqadan düşməsi artıq dəqiqləşən "Bernli"ni səfərdə minimal (1:0) hesabla məğlub edib. Bu qələbə ilə "topçular" növbəti matçına çıxacaq əsas rəqibi "Mançester Siti" üzərindəki gərginliyi daha da artırıb.

Oyun ərzində böyük səbir nümayiş etdirən "Arsenal" ilk hissədə rəqib qapısı önündə təhlükəli anlar yaradıb. Leandro Trossardın zərbəsi dirəkdən qayıdıb, Martin Edeqorun təhlükəli cəhdi isə qapının bir azca yanından keçib. 

Yeganə qola Kay Haverts imza atıb.

"Arsenal" bu qələbə ilə son tur öncəsi xalını 82 edib. Bir oyun az keçirən "Mançester Siti"nin 77 xalı var.

"Topçular" 38-ci turda, səfərdə "Kristal Palas"la qarşılaşacaq.