“Arsenal” futbolçusu Bukayo Saka ilə müqaviləni uzadıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə yeni müqavilənin müddəti açıqlanmayıb.
Vingerlə sözləşmənin uzunmüddətli olduğu qeyd edilib.
Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm 23 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.



