40 yaşlı Ceyms Milner İngiltərə Premyer Liqasında ən çox oyun keçirən futbolçular siyahısında Qaret Berrinin rekordunu təkrarlayıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi 653-cü matçına çıxaraq tarixi göstəriciyə imza atıb.
Milnerin Premyer Liqadakı statistikası:
-
653 oyun (davam edir)
-
56 qol
-
90 məhsuldar ötürmə
Premyer Liqa tarixində ən çox oyun keçirən futbolçular:
-
Ceyms Milner – 653*
-
Qaret Berri – 653
-
Rayan Giqqs – 633
-
Frenk Lempard – 609
-
Devid Ceyms – 572
-
Mark Şvarzer – 544
-
Qari Spid – 535
-
Emil Heski – 516
-
Ceymi Karrager – 508
-
Fil Nevill – 505
Milner növbəti matçlarda meydana çıxarsa, Premyer Liqa tarixində ən çox oyun keçirən futbolçu kimi təkbaşına rekordun yeni sahibi olacaq.



