Portuqaliyanın "Sportinq" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, hollandiyalı mütəxəssis  Marsel Keyzer "Sportinq"in yeni baş məşqçisi təyin olunub. Keyzer "Sportinq"-lə 2021-ci ilin  30 iyun tarixinə qədər müqavilə imzalayıb. O, bundan öncə Al Jazeera və Ajax klublarında çalışıb.

Qeyd edək ki, Avropa Liqasında Qarabağ-ın rəqibi olan "Sportinq", ölkə çempionatında 9 turdan sonra lider Porto-dan 2 xal az toplayaraq üçüncü pillədə qərarlaşıb.