"Sportinq" futbolçusu üçün gələn təklifləri dəyərləndirməyi qərara alıb.
Offsideplus.az xəbər verir ki, klub Markus Edvardın transferi üçün müraciətləri qiymətləndirəcək. Bu barədə "O Jogo" məlumat yayıb.
Portuqaliya təmsilçisinin oyunçunun keçidinə görə 7 milyon avro tələb etdiyi də qeyd olunub.
Xatırladaq ki, Markus 2024/25 mövsümündə meydana çıxdığı 10 oyunda 3 qola imza atıb.